Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO)

Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO)

Tarix: 28 Avqust 2019 14:15

Bakı. Trend:

Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib.

Daxili İşlər Naziriyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Yasamal rayon sakini Azər Misdimov, Binəqədi rayon sakinləri Alxan Quliyev və Əlibaba Baxışov, həmçinin Xızı rayon sakini əvvəllər məhkum olunmuş Yavər Qasımov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə yüksək təsredici xassəyə malik narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO) Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib (FOTO)


Etiketlər:  Polis Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ