Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Atanın yaşı və sağlamlığı uşağın sağlamlığına təsir edirmi? Təəccüblü faktlar

Atanın yaşı və sağlamlığı uşağın sağlamlığına təsir edirmi?  Təəccüblü faktlar

Tarix: 9 Dekabr 2021 08:33

Ananın sağlamlığı, yaşı, hamiləlik zamanı qidalanması, pis vərdişləri və s. uşağın sağlamlığına böyük təsir edir. Bu sübut olunmuş bir faktdır.

Əvvəllər belə hesab olunurdu ki, atanın rolu bu işdə daha azdır. Lakin son araşdırmalar sübut edib ki, bu yanılmadır. Atanın sağlamlığı, yaşı, pis vərdişləri və hətta qidalanması uşağın sağlamlığına ciddi təsir edir. Kişinin sağlam olmayan həyat tərzi onun uşaqlarında inkişaf pozulmalarına, autizm xəstəliyinə, piylənməyə, psixi pozulmalara və s. problemlərə səbəb ola bilər.

Saglamolun.az WebMD-a istinadla xəbər verir ki, Djordjtaun Universiteti (ABŞ) alimləri bu mövzu ilə bağlı olan müxtəlif araşdırmaları analiz ediblər. Nəticədə məlum olub ki, 40 yaşından böyük olan kişilərin uşaqlarında autizm və şizofreniyanın inkişafı riski daha cavan kişilərin uşaqları ilə müqayisədə daha böyükdür.

Atanın yaşı 50-dən çoxdursa, onun uşağında ürək xəstəlikləri və Daun sindromu riski yüksək olur.

Əgər ata alkoqolizmdən əziyyət çəkirsə, onun uşağında da bu pozulmanın inkişafı riski artmış olur.

Piylənmədən əziyyət çəkən kişilərin uşaqlarında şəkərli diabetin və piylənmənin inkişafı riski sağlam kişilərin uşaqları ilə müqayisədə daha çoxdur.

Araşdırmanın nəticəsində alimlər belə qərara gəliblər ki, ataların sağlamlığına və həyat tərzinə daha böyük diqqət edilməlidir. Bu gələcək nəsillərin sağlamlığı üçün olduqca vacibdir.


Etiketlər:  Atanın yaşı sağlamlığı uşağın sağlamlığına təsir edirmi Təəccüblü faktlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ