Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 13:06
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələri növbəti təxribatı törədib. Nəticədə hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Sonxeber.net ermənilərin son günlər yenidən Azərbaycanla sərhəddə artan təxribatları ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyevin fikirlərini öyrənib:
"Təxribatlar Ermənistanın keçmişdən qalan yaddaşı ilə əlaqədardır. Çünki daha əvvəllər bizim torpaqlarımızı işğal etmişdilər və bir növ öz torpaqlarımızda onlarla təmas vəziyyətində idik. Və davamlı olaraq bu cür təxribatlar həyata keçirirdilər. Artıq onlar anlamalıdırlar ki, dövr o dövr deyil. Biz Ermənistan Respublikası ilə baxmayaraq ki, sərhədlərimizi tam olaraq delimitasiya və demarkasiya etməmişdik, indi artıq sərhədlərimizi müəyyənləşdirmək üzrəyik.
Bu gün sərhədlərimizin ətrafında bu cür təxribatlar, terror aktları törədilirsə, burada atılacaq addım birmənalı bəllidir. Bu barədə dünya təcrübələri də var. Bənzəri bir təxribat Türkiyə və yaxud da Rusiya Federasiyası sərhəddində baş vermiş olsaydı, onlar birmənalı olaraq sərhədlərindən kənarda lazımlı, vacib addımları atmış olardılar. Bölgədə təhlükəsizliyin təminatı barədə ciddi addımlar atılardı. Bu zəmində düşünürəm ki, Azərbaycan da tez bir zamanda sərhədlərimizdən kənarda, - baxmayaraq ki, tam olaraq sərhədlər müəyyənləşdirilməyib, - düşmənin təxribatının qarşısını öncədən almaq üzrə gərəkli, ciddi addımlar atacaqdır".
Hərbi ekspert Ədalət Verdiyev isə Sonxeber.net-a açıqlamasında bildirib ki, qarşı tərəfə heç bir xəbərdarlıq edilmədən mövqelərini darmadağın etmək lazımdır:
"Əvəllər olduğu kimi indi də Ermənistanın təxribatları davam etməkdədir. Hesab edirəm ki, ordumuz bu təxribatları törədən mövqeləri tamamilə məhv etməlidir. Azərbaycan əsgərinə qarşı əzilmiş, zorlanmış, alçaldılmış erməni ordusu tərəfindən əgər təxribatlar davam edirsə, bu o deməkdir ki, Ermənistanda hələ də Azərbaycanın qələbəsini qəbul etməyən qüvvələr var. Bunların arasında həm siyasi, həm hərbi rəhbərlərin olduğu istisna edilmir. Buna görə də, Azərbaycan heç bir xəbərdarlıq etmədən bu mövqeləri darmadağın etməli, oradan atəş açan erməni əsgərini aşsüzənə döndərməlidir".
Təhməz Əsədov