Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 14:00
Azərbaycan manatının məzənnəsi ilə bağlı hər hansı risklər varmı? Bu suala Mərkəzi Bankın sədr müavini cavab verib və bildirib ki, manatın məzənnəsi artıq sabitdir. Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Alim Quliyev nağdsız 5-ci Beynəlxalq Bank Forumundan sonra jurnalistlərin suallarını cavablandırıb. Yeri gəlmişkən, forumda bir sıra məsələlərə toxunulub.
"Azərbaycan manatının 2022-ci ildə də sabit qalmasını təmin edəcək bütün faktorlar mövcuddur". Bu sözləri Mərkəzi Bankının İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev "Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı" mövzusunda keçirilən 5-ci Beynəlxalq Bank Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Alim Quliyev həmçinin bildirib ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda nağdsız ödənişlər 8 faizdən çox artıb. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. "Bu müddət ərzində internet bankçılıq 23 faiz, mobil bankçılıq isə 30 faiz artıb",- deyə o vurğulayıb.
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev isə işğaldan azad edilmiş ərazilərimizdə maliyyə-bank sisteminin bərpası üzrə müzakirələrə başlandığını və konkret təkliflər planı hazırlandığını bildirib.
Forumda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov isə 2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisinin internetlə təmin olunacağını bildirib. Onun sözləerinə görə, təkcə şəhərlərin deyil, həm də bölgələrin internetlə təmin olunması üçün meqa layihələr işə salınıb, internetə çıxışı olmayan 700-ə yaxın yaşayış məntəqəsi internetlə təmin olunacaq.