Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2021 14:38
Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. "Azərişıq" ASC BU kəndin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, 1200-dən çox abonentin yaşadığı kənddə 17 km-dan çox 10 kV-luq xətt tamamilə yenilənib, 16 km-dan artıq 0,4 kV-luq elektrik xətləri özünüdaşıyan izolyasilyalı naqillərlə əvəzlənib. Müasir tipli Komplekt Transformator Məntəqələri quraşdırlıb. Bütün abonentlərin elektrik sayğacları yenilənib.
Qeyd edək ki, ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi işləri davam etdirilir.