Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda xəbər “oğurluğunun'' qarşısının necə alınacağı açıqlandı

Azərbaycanda xəbər “oğurluğunun'' qarşısının necə alınacağı açıqlandı

Tarix: 10 Dekabr 2021 11:14

Azərbaycanda media subyektinin digər media subyektinin informasiyasından necə istifadə edəcəyi məlum olub.

Sonxeber.net bildirir ki, bu, "Media haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.

Bundan əlavə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.

Bu hallar dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.


Etiketlər:  Azərbaycanda xəbər oğurluğunun qarşısının necə alınacağı açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ