Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2021 19:20
Fransada saxta sanitar sənədlə keçidlər edən şəbəkəyə qarşı 400-ə yaxın iş təqib edliir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə RTL telekanalının efirində ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanen bildirib.
"Saxta sanitar vərəqələrin istehsalı şəbəkəsi ilə bağlı bizə 400-ə yaxın fakt məlumdur. Bəzən bu işlərdə təəssüf ki, tibb işçilərinin də adı hallanır" - deyə Darmanen bildirib.
O, istintaq çərçivəsində artıq saxlanılanların olduğunu qeyd edib, lakin onların sayını açıqlamayıb.
Daxili işlər naziri xatırladıb ki, belə şəbəkələrin təşkilatçılarını 5 ilə qədər həbs gözləyir.