Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 10:44
Bir neçə yüz nəfər COVID pasport əleyhdarı Tbilisidə mitinq keçirib.
Sonxeber.net Oxu.az-a istinadən xəbər verir ki, etirazçılar əvvəlcə Respublika meydanına toplaşıb, daha sonra hökumət binasına tərəf keçiblər.
Nümayişçilər hesab edirlər ki, onların hərəkatı nəticə verir. Çünki məhz bunun nəticəsində respublikanın Səhiyyə Naziri Yekaterina Tikaradze dekabrın 9-da istefa verib.
Etirazçılar vaxtaşırı aksiyalar keçirəcəklərini və hökumət yaşıl COVID pasportları ləğv edənə qədər nümayişləri dayandırmayacaqlarını bildiriblər.