Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 13:55
Stilist Anar Ağakişiyev müğənni Samirə əfəndini müdafiə edib.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bunla bağlı video paylaşan Anar ad çəkmədən müğənnilər Dilarə Kazımova və Hissin ünvanına tənqidlər səsləndirib.
"Eynəklərinizi çıxarın, üç nəfərə müraciət edirəm: Bir nəfərin yanında gəzən anlaşılmayanlar. Deyirsiz, Samirə Əfəndi kimdir? Dələduz yanında gəzirsiz, özünüzü nə hesab edirsiz? Müğənnisiz, kimsiz? Biri "Nəsibənin kuklası" kimi gəzir. O biri də bilinmir...
Samirə Əfəndinin taxta qapısını döyənin, dəmir qapısına vuraram. Biri lütdənməmiş yer qoymayıb. Addımbaşı lüt şəkilləri. Axtarışa adını soyadını yazanda lüt şəkil gəlir. O biri isə hardan gəlib, nə oxuyur bilinmir. Dünən gəlib, bu gün yoxa çıxacaq".
Anar daha sonra Dilarə və Hissin çalışdığı musiqi şirkətinin rəhbəri Vüqar Qusiyevin fotosunu yayımlayıb və onun ünvanına ittihamlar səsləndirib.
Qeyd edək ki, Dilarə bir müddət əvvəl açıqlamasında Samirə ilə küsülü olduğunu demişdi.