Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 16:50
"Hər bir dərdin dərmanı var. Amma bizim qarşımıza bəlkə yaxşı həkim çıxmayıb. Onu sağaldacaq bir həkim varsa, hər şey etməyə hazıram. Müalicəsi evdə davam edir. Həkimlər deyir ki, biz on addım atırıqsa, xəstə 1 addım atmalıdır. Beyin müalicəyə cavab vermir. Birdən durub saatlarla söhbət edir".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Ağakərimin oğlu Kamil Novruzov "Həmin Zaur" proqramında deyib. O, atasının xəstəliyindən danışıb. Kamil həkimlərə müraciət edərək, atasına yardım edilməsini söyləyib.
Kamil şair Nazilə Səfərlini polisə verməsindən danışıb. O bildirib ki, polis idarəsinə gedərək, qarşı tərəflə bağlı ərizə yazıb. Kamil ərizəsini geri götürəcəyini söyləyib:
"Əvvəl fikir vermədim, amma sonra gördüm ki, telefon susmur. Bağımızı satdıq, amma onun dediyi kimi 150 min manat fantastik qiymətə yox. Hamıdan xahiş etmişəm ki, gəlməzdən 2-3 saat əvvəl bizə xəbər verin. Atam hər zaman deyirdi ki, bir qapını döyməzdən əvvəl bir gör ona lazımsan, ya yox. Bəlkə səni görmək istəmir. Ona da bildirdim ki, evdə yoxam, 2 saat əvvəldən xəbər etsinlər. Bizim adətimiz var, evdə kişi yoxdursa, qadın qapı açmır. Onun dediyi ittihamlara görə polisə verdim".
Qeyd edək ki, Nazilə Kamilin ünvanına tənqidlər səsləndirib və onu atasına psixotrop iynələr vurmaqda ittiham edib. Bu qalmaqala səbəb isə Nazilənin Ağakərimə baş çəkmək üçün evinə getməsi və ailəsinin onu içəri buraxmaması olub.