Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eminə ad günündə motosiklet hədiyyə etdilər - Tamamilə əl işidir - FOTO

Eminə ad günündə motosiklet hədiyyə etdilər - Tamamilə əl işidir - FOTO

Tarix: 13 Dekabr 2021 18:00

Xalq artisti Emin Ağalarov dekabrın 11-də ad günü münasibətilə konsert verib və dəbdəbəli ad günü keçirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecədə Rusiya şou-biznesinin tanınmış simaları bir araya toplaşıb. Emin eyni zamanda "31.12" mahnısını da təqdim edib.

Müğənninin konsertində ilk dəfə kiçik qızı Afina da yer alıb. Atası Araz Ağalarov və anası irina Ağalarova da Emini tək qoymayıblar. Gecədə Eminin bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Alyona Qavrilova da olub.

Gecə daha sonra restoranda davam edib. Emini təbrik etməyə Filipp Kirkorov, Bahh Tee, Hüseyn Həsənov, Yuliy Qusman, Polina Qaqarina, Eqor Qrid, Hammali & Navai, Jony, Slava, Jasmin bə digərləri gəlib.

Gecədə özəl qonaqlardan biri Stiven Ridli olub. Britaniyalı müğənni və pianoçunu Emin üçün qohumu Sabina hədiyyə gətirib.

Gecədə maraqlı hədiyyələr arasında Eminə gətirilən motosiklet də yer alıb. O, dünyada məşhur olan "Bike Baron" oyunundakı motosikletin eynisi olub. Hədiyyə tamamlilə əl işi olub.

Milli.Az


Etiketlər:  Eminə ad günündə motosiklet hədiyyə etdilər Tamamilə əl işidir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ