Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 21:33
Adi gündəlik istifadə etdiyimiz şampunu zəngnləşdirmək olar. Zənginləşdirilmiş şampun saçlara həm kosmetik, həm də müalicəvi təsir edir - saçları möhkəmləndirir, kəpəklə mübarizə edir, tökülməsini azaldır, xarici görünüşünü xeyli yaxşılaşdırır.
Saglamolun.az bildirir ki, şampunu zənginləşdirmək üçün bu kimi inqrediyentlərdən istifadə edə bilərsiniz:
1. Şampun + bal
Şampunu yarıbayarı olmaqla balla qarışdırın, saçlara çəkin, yüngül massaj edin, 10 dəqiqə saxlayın, yaxşı yuyun. Müxtəlif vitamin və minerallarla zəngin olan bal saçları möhkəmləndirir, tökülməsini azaldır, daha parıltılı və canlı edir. Həmçinin bal baş dərisinə də müsbət təsir edir, kəpəyi azaldır.
2. Şampun + süd
100 ml südə 1 x.q. şampun əlavə edin, yaxşı qarışdırın, saçlara çəkin, massaj edin, 10 dəqiqə saxlayın, yuyun. Süd saçları daha möhkəm və canlı edir, tökülməsini azaldır.
3. Şampun + alma sirkəsi
Şampunla alma sirkəsini yarıbayarı qarışdırın. Alma sirkəsi saçları sağlam və parıltılı edir.
Zənginləşdirilmiş şampunların istifadəsi:
Birinci dəfə saçınızı adi şampunla yaxşı yuyun və yaxalayın. Daha sonra şampunun lazım olan miqdarını kiçik şüşə və ya plastik qaba tökün, seçdiyiniz inqrediyent (bal, süd və ya alma sirkəsi) əlavə edin, qarışdırın və sonra bu zənginləşdirilmiş şampunla saçınızı 2-ci dəfə yuyun və yaxşı yaxalayın.