Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MÜSİAD Azərbaycana yeni rəhbər seçilib

MÜSİAD Azərbaycana yeni rəhbər seçilib

Tarix: 15 Dekabr 2021 19:48

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan ofisinə yeni rəhbər seçilib.

MÜSİAD-dan verilən məlumata əsasən, yeni rəhbər olaraq, MÜSİAD Azərbaycan şöbəsinin vitse-prezidenti Rəşad Cabirli seçilib.

R.Cabirlinin ictimaiyyətə təqdimatında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və MÜSİAD Türkiyə ofisinin vitse-prezidenti Davut Altunbaş da iştirak edib.

Təqdimat mərasimində çıxış edən R.Cabirli MÜSİAD Azərbaycan bürosunun bundan sonra da iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində göstərdiyi səyləri davam etdirəcəyini bildirib.

1983-cü ildə Azərbaycanın Quba rayonunda doğulan R.Cabirli orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub və 2004-cü ildə həmin Universitetin (BDU) bakalavr, 2006-ci ildə magistr pilləsi üzrə təhsilini başa vurub.

2019-cu ildə Türkiyənin Bahçeşehir Universitetinin (BAU) İdarəetmə (İşletme) fakültəsinə qəbul olub, 2020-ci ildə həmin fakültəni bitirərək MBA (Master of Business Administration) dərəcəsi alıb.

R.Cabirli, Şimali İrlandiyanın Queen's Universitetində (Queen's University Belfast), Türkiyənin İstanbul Texniki Universitetində (İTÜ) sertifikat proqramlarında uğurla iştirak edərək, müxtəlif sertifikatlar almışdır.

2005-ci ildə "Baku Steel Company"-də Kimyəvi sınaq laboratoriyasında laborant olaraq əmək fəliyyətinə başlayan R.Cabirli daha sonra kimyaçı mühəndis kimi fəaliyyətinə davam edib.

2008-2010-cu illər ərzində fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 2010-2014-cü illər ərzində "NJT" şirkətində Satış və Marketinq şöbəsinin müdiri olaraq çalışıb.

Daha sonra 2015-ci ildə "Polymart MMC"-ni təsis edərək sahibkarlıq fəaliyyətini davam etdirib. Hal-hazırda həmin şirkətdə Baş İcraçı Direktor vəzfiəsini icra edir. 2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Konfedarasiyasının İdarə Heyətinin üzvüdür.

2019-cu ilin avqustundan bu günədək "MÜSİAD Azərbaycan"da İdarə Heyəti Sədrinin müavini, Qlobal komitənin rəhbəri olaraq fəaliyyət göstərib.

Dekabr 2018-ci ildən etibarən MÜSİAD Azərbaycanın üzvüdür. Evlidir, 3 övladı var.

Qeyd edək ki , MÜSİAD Azərbaycan şöbəsinin bundan öncəki prezidenti Abdurrahman Uzun olub.


Etiketlər:  MÜSİAD Azərbaycana yeni rəhbər seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ