Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2021 15:55
"Facebook" sosial şəbəkəsində tanış olub evlənən 82 yaşlı İris Cons 36 yaşlı Məhəmməd Əhməd İbrahimlə Milad bayramındakı planlarından danışıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, 46 yaş fərqinə baxmayaraq əsl sevgini tapdıqlarını dilə gətirən cütlük 1 illik ayrılıqdan sonra aralarındakı həsrətə son qoymaq üçün Milad bayramında bütün günü yataqda olmaq istədiklərini bildirib.
Qeyd edək ki, İris Cons Məhəmməd Əhməd İbrahimlə "Facebook"da tanış olub. O, uşaqlarının və ətrafındakı insanların reaksiyasına baxmayaraq evlənib.
İbrahim haqqında onu xəbərdar edənlərin əksinə, Cons aralarındakı vəziyyətin sevgi və hörmət olduğunu izah edib. Həyat yoldaşının ondan heç vaxt pul istəmədiyini ifadə edən Cons, "Mən aldadılacaq qadın deyiləm. O, məndən heç vaxt pul istəməyib. Bütün xərcləri bərabər şəkildə qarşıladıq" deyib.