Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 05:35
"Ola bilsin balaca komadan çıxmışam. Sovet dövründə balaca evlərdə böyük ailələr qalırdı".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "7 Canlı" proqramında deyib. Müğənni uzun müddətdir gündəmdən düşməyən ev məsələsinə yenidən toxunub.
İbadova aparıcılara səslənərək bunları deyib:
"Şərt deyil hansı evdən çıxıb gəlirəm. Tamaşaçı qarşısında əsas Firuzə kimi onların gözünü oxşayım: sənətimlə, musiqimlə. Verilişə dəvət edərkən illərini sənətə həsr edən insanları əzməyin. Mənim problemim qaldı evdə, efirdə musiqi dili ilə danışacam".
Qeyd edək ki, F.İbadovanın "Günün sədası" verilişində şəraitsiz evdə yaşadığı ilə bağlı süjet nümayiş edilmiş, ifaçı tənqid olunmuşdu. Müğənninin dövlətdən ev istəməsi sosial şəbəkədə qınanılıb.