Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Libaridyan İrəvanda: Ankaranın şərtləri qəbul edilir?

Libaridyan İrəvanda: Ankaranın şərtləri qəbul edilir?

Tarix: 19 Dekabr 2021 16:38

Onun hakim fraksiya ilə görüşməsi Türkiyənin ilkin şərtlərinin Ermənistan üçün məqbul olduğuna dair mesajdır.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu "Ermənistan" fraksiyasının deputatı Andranik Tevanyan hakim partiyanın deputatlarının Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın keçmiş baş müşaviri olan Jirayr Libaridyanla görüşü haqda məlumatları şərh edərkən deyib.

"Libaridyan açıq şəkildə bəyan edib ki, Türkiyənin bütün ilkin şərtləri - Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması, erməni soyqırımının beynəlxalq səviyyədə tanınmasının dövlət səviyyəsində rədd edilməsi, Zəngəzur dəhlizinin Azərbaycana verilməsi İrəvan tərəfindən təmin edilməlidir", - Tevanyan vurğulayıb.

Qeyd edək ki, erməni mediasında 76 yaşlı siyasətçinin Mülki Müqavilə fraksiyası ilə görüşdə bu təklifləri irəli sürdüyü bildirilmişdi.


Etiketlər:  Libaridyan İrəvanda Ankaranın şərtləri qəbul edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ