Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dərinizin vəziyyəti pisləşibsə - bağırsaqlarınızı təmizləyin

Dərinizin vəziyyəti pisləşibsə - bağırsaqlarınızı təmizləyin

Tarix: 19 Dekabr 2021 20:15

Bir çox daxili xəstəliklər insanın üz dərisinin vəziyyətinə təsir edir. Təcrübəli həkim insanın dərisinə baxıb onun sağlamlığı haqqında bir çox şey deyə bilər.

Belə ki, insanın bağırsaqları pis işləyirsə, onun üz dərisi heç zaman təmiz və sağlam olmayacaq. Bunun səbəblərini izah edək.

1. Bağırsaqlarda orqanizm üçün lazım olan əsas maddələrin sorulması və artıq, ziyanlı maddələrin xaric etməsi prosesləri baş verir. Bağırsaqlar pis işləyirsə, sorulma prosesləri pozulur və orqanizm ona lazım olan maddələri lazımi miqdarda ala bilmir.

Bu zaman orqanizm qənaət rejiminə keçir və vacib maddələri əsas orqanlar arasınında paylayır. Dəri orqanizm üçün əsas orqan deyil və bu səbəbdən dəriyə az miqdarda vitaminlər, minerallar və s. vacib maddələr çatır. Bu isə dərinin vəziyyətinə mənfi təsir edir.

2. Vacib maddələrin çatışmazlığı dərinin müdafiə funksiyasını zəiflədir ki, nəticədə burada yaşayan və adi vəziyyətdə heç bir problemlərə səbəb olmayan mikroblar (dərinin müdafiə sistemi onların çoxalmasına imkan vermir) fəallaşır, çoxalır və iltihablara, civzələrə, irinliklərə  və s. problemlərə səbəb olur.

3. Orqanizmə qidadan, sudan düşən ziyanlı maddələr (toksinlər, allergenlər və s.) bağırsaqdan çölə çıxarılır. Bağırsaqların fəaliyyəti pozulduqda bu ziyanlı maddələr bağırsaqlarda yığılmağa başlayır, orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur ki, nəticədə dəridə allergik səpgilər, qızartılar və s. əmələ gəlir.

Belə vəziyyətdə nə etmək lazımdır?

1. Qəbizlikdən əziyyət çəkirsinizsə, bu pozulmanı mütləq aradan qaldırmaq lazımdır. Xroniki qəbizlik  dərinin vəziyyətinə çox mənfi təsir etmir. Xroniki qəbizlik çox ağır pozulmalara, hətta yoğun bağırsağın xərçənginə təkan verə bilər.

2. Daha çox su için. Bəzən qadınlar üzünə bahalı nəmləndirici kremlər çəkir, lakin orqanizmi daxildən "nəmləndirmir". Bu isə bağırsaqların pis işləməsinə, dərinin quruluğuna və s. mənfi nəticələrə səbəb olur.

3. Qidalanmanızda daim süd məhsulları, meyvə-tərəvəz, göyərtilər olmalıdır. Süd məhsulları bağırsaqların mikroflorasına çox müsbət təsir edir. Təzə meyvə-tərəvəz və göyərti isə bağırsaqları işlədir, orada yığılan ziyanlı maddələrdən təmizləyir. Xüsusilə qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlər faydalıdır. Onlar pektin maddəsi ilə zəngindir ki, bu maddə bağırsaqlara yumşaq fırça kimi təsir edir.

4. Bağırsaqların əsaslı şəkildə təmizlənməsi üçün sorbent preparatlarından istifadə edə bilərsiniz. Bu preparatları həkim təyin etməlidir.

5. Xalq təbabəti vasitələrindən istifadə edin. Çobanyastığı, nanə  dəmləmələri, zəncəfil çayı bağırsaqlara çox yaxşı təsir edir.


Etiketlər:  Dərinizin vəziyyəti pisləşibsə bağırsaqlarınızı təmizləyin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ