Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Vüqar o gündən pis vərdişlərə başladı" - VİDEO

Tarix: 20 Dekabr 2021 19:50

ARB TV-nin "O Üz" verilişinin növbəti buraxılışı meyxanaçı Vüqar Biləcəriyə həsr olunub.

Milli.Az xəbər verir ki, dostları və ailəsi mərhum meyxanaçı Vüqar Biləcəridən söhbət açıblar:

Meyxanaçı Orxan Lökbatanlı: "Azərbaycan xalqı təəssüflənə bilər ki, biz o boyda dahi şair itirmişik. Amma, bizim acımız iki qat böyükdür. Mən dost, dərd ortağı, qardaş itirmişəm".

Meyxanaçı Ruslan Müşfiqabadlı: "Biz Vüqarla uşaqlıq dostu idik. Yeri çox görünür. Onun üçün hər gün darıxıram".

Hacı Rövşən - Dostu: "Anasına çox bağlı idi. Anasının xəstləyindən sonra daxili sarsıldı. Vüqar o gündən pis vərdişlərə başladı".

Meyxanaçı Səbuhi Xırdalanlı: "Vüqarın dostluğu sənətindən böyük idi. Hər iki dünyada elə bir dostum olsun istəyərdim".

Meyxanaçı Oqtay Kamil: "Vüqarın yanında heç kimin haqqını tapdalamaq olmazdı. Bir ara sənətdən uzaqlaşmaq istəyirdi. Deyirdi ki, məni başa düşmürlər. Onun üçün hər gün çox ağladım. Atam öləndə o qədər ağlamamışdım. Təsirindən çıxa bilmirəm".

Atası Zakir Paşayev: "Evə gec saatda da gələndə məni qucaqlayıb öpürdü. Ürəyim partlayır ki, ölməli mən idim, o rəhmətə getdi. Hələ də yoxluğuna inanmıram. Özümü heç nə ilə ovuda bilmirəm. Elə bil mən uşaq idim, o böyük".

Milli.Az


Etiketlər:  Vüqar o gündən pis vərdişlərə başladı VİDEO


RƏYLƏR