Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 06:35
Aktyor Şəhriyar Əbilov və rəqqasə Oksana Rəsulova evlilik həyatından danışıblar.
Sonxeber.net sherg.az"a istinadən xəbər verir ki, cütlük "Zaurla Günaydın" verilişində qonaq olub. Belə ki, Ş.Əbilov O.Rəsulova ilə bir-birlərini başa düşdüklərini söyləyib:
"Biri od olanda, digəri su olsun gərək. Oksana təbiətən "od"dur. Onu sakitləşdirirəm. Mən də, o da nəsə deyəcək, axırı fəsadlarla nəticələnəcək. Əsəblərimiz korlana və yaxud daha pis hallara gətirib çıxara bilər. Bunun baş verməməsi üçün gərək sakitləşək, bir-birimizi başa düşək".