Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəhrəman şəhidimiz Cəlal Bayramov - VİDEO

Qəhrəman şəhidimiz Cəlal Bayramov - VİDEO

Tarix: 21 Dekabr 2021 19:38

Bu gün şəhid  Cəlal Bayramovun doğum günüdür. Onun 27 yaşı tamam olur.   Vətən onu qoruyanları  tanıyır və yaşadır.  Şəhidimiz vətən müharibəsindəki  qəhrəmanlığına görə 2 medalla təltif edilib.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Cəlal Bayramov 20 dekabr 1994-cü ildə Saatlı rayonunun Çolpı   kəndində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri  tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın   ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb.Vətən uğrunda gedən bir neçə qızğın döyüşdə iştirak edən Cəlal düşmənin canlı qüvvə və texnikasının məhv edilməsi əməliyyatlarında iştirak edib. Onun əss döyüş əməliyyatları isə Laçın rayonunun azadlığı uğrunda gedən döyüş əməliyyatları olur. Sonuncu dəfə o,  Laçın rayonunun  Arpagədik   kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.  Onun  nəşi 13 yanvar  2021  -ci ildə tapılaraq  ailəsinə təhvil verilib və Saatlı rayon Çolpu kənd qəbrisatlışında torpağa tapşırılıv.

Bu gün doğum gün olan şəhdimiz məzarı başında anılıb. Şəhidimizin doğum günü münaisbəti ilə ailə üzvləri, yaxınları və döyüş yoldaşları  Cəlal Bayramovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.

Cəlal Bayramov ölümündən sonra ''vətən uğrunda'' və "Laçının azad olunmasına görə" medalı lə təltif edilib.


Etiketlər:  Qəhrəman şəhidimiz Cəlal Bayramov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ