Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2021 20:14
Türkiyənin Şərqi Aralıq dənizində qazma işləri də risk altında ola bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vadim Maslikov deyib.
"Yunanıstan indi Türkiyə ilə münaqişəsində faktiki olaraq ABŞ-ın dəstəyini alıb. Bu şərtlər daxilində çoxşaxəli Türkiyə-Rusiya əlaqələrinin güclənməsi gözlənilir. Üstəlik, Türkiyə ərazisində xeyli sayda rusdilli əhali yaşayır, çox sayda rus kurortlarda istirahət edir. Rusiya "Almaz-Antey" şirkəti ilə əməkdaşlıq edərək, Türkiyəni müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz edir ki, bu da ona milli suverenliyinə təhlükə yarandıqda regional məsələlərdə mövqeyini müdafiə etmək imkanı verir", - Maslikov söyləyib.
Qeyd edək ki, Egey və Aralıq dənizində ABŞ-Yunanıstan birgə dəniz patrullarının fəaliyyətə başlayacağı gözlənilir.