Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Moderna” peyvəndində ümidverici nəticə... Daha çox mRNT daşıyır

“Moderna” peyvəndində ümidverici nəticə... Daha çox mRNT daşıyır

Tarix: 21 Dekabr 2021 23:57

Koronavirus peyvəndini inkişaf etdirən "Moderna" üçüncü dozanın Omikron variantına qarşı güclü toxunulmazlıq təmin etdiyini açıqlayıb.
 
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, rəylərini ictimaiyyətlə paylaşan şirkət yarım doza peyvəndi olanların Omikron variantına qarşı antikor səviyyələrinin iki doza peyvənd alanlardan 37 dəfə yüksək olduğunu bildirib.
 
Bundan əvvəl "Pfizer-BioNTech" birgə bəyanatla çıxış edərək peyvəndin üçüncü dozasının antikor səviyyəsini 25 dəfə artırdığını açıqlamışdı.
 
"Moderna"nın açıqlamasında o da qeyd olunub ki, peyvəndin 3-cü dozası yarım doza əvəzinə tam verilərsə, qorunma dərəcəsi 83 dəfə artır.
 
Alimlər həmçinin qeyd ediblər ki, "Moderna"nın yarım doza vaksini "Pfizer"in tam dozasından daha çox mRNT daşıyır.
 


Etiketlər:  Moderna peyvəndində ümidverici nəticə Daha çox mRNT daşıyır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ