Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Ananın yerini həyatda heç nə vermir" - Rafael Ağayev ağladı - VİDEO

Tarix: 22 Dekabr 2021 18:12

Azərbaycan karateçisi, 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, Olimpiya oyunlarının ikincisi Rafael Ağayev ARB kanalında yayımlanan "Onun Sirri" verilişində göz yaşlarını saxlaya bilməyib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, tanınmış idmançıya dünyasını dəyişmiş anası ilə bağlı sual verilərkən göz yaşlarına hakim ola bilməyib.

"6 il xərçəng xəstəsi idi. Əlimizdən gələni etdik. Amma olmadı. İnsan həyatda istədiyi çox şeyi əldə edə bilir, amma Allahın işinə qarışmaq olmur.

Mənim həyatda ən həssas yerim anamdır. Axır vaxtlar çox həssasam. Allah həyatını itirən bütün analara rəhmət eləsin, qalanlara uzun ömür, cansağlığı versin. Hər kəs valideyninin qədrini bilsin. Tanış, dostlar sağ olsunlar, amma ananın yerini həyatda heç nə vermir", - deyə Rafael Ağayev bildirib.

Milli.Az


Etiketlər:  Ananın yerini həyatda heç vermir Rafael Ağayev ağladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ