Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 16:00
Epidemiya səbəbiylə Covid-19 hadisələrinin və ölümlərinin sayının sürətlə artdığı Yunanıstanda hökumət ciddi karantin qaydaları qoydu. Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, açıqlamaya görə, konsertlər və tədbirlər zamanı açıq havada və ya ictimai yerlərdə maska taxmaq məcburi oldu. Yeni il üçün planlaşdırılanlar şənliklər ləğv edildi.
Hökumətin qəbul etdiyi qərarların yanvar ayına qədər qüvvədə olduğunu bildirən Yunanıstanın Səhiyyə Naziri Thanos Plevris maska taxmaq məcburiyyətinin zəruri olduğunu vurğulayaraq, əhalinin yüzdə 80-nin tezliklə vaksinasiyanı tamamlanacağını bildirib.
Noyabr və dekabr aylarında epidemiyadan ölüm hallarında böyük artımın olduğu Yunanıstanda hazırda əhalinin dörddə biri tam peyvənd olunub.