Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 16:38
Avropa daha bir koronavirus peyvəndini təsdiqləyib. Bu, ABŞA-a məxsus Nuvaxoviddir. Bu tanınma Avropa Dərman Agentliyinin (EMA) press-relizindən məlum olub.
Sonxeber.net aviatravel.az-a istinadən bildirir ki, "Nuvaxovid COVID-19 ilə mübarizədə Aİ-də tövsiyə olunan beşinci peyvənddir. Bu, artıq təsdiq edilmiş vaksinlərlə birlikdə pandemiyanın kritik mərhələsində Aİ Üzv Dövlətlərində peyvənd kampaniyalarını dəstəkləyəcək zülal əsaslı bir peyvənddir".
Xatırladaq ki, bu, beşinci təsdiqedilmiş anti-covid peyvəndidir. İndiyədək Avropa İttifaqında cəmi dörd peyvənd qəbul edilib. Onların arasında:
Pfizer / BioNtech - 21 dekabr 2020-ci ildə təsdiq edilmişdir
Moderna - 1 yanvar 2021-ci ildə təsdiq edilmişdir
AstraZeneca - 29 yanvar 2021-ci ildə təsdiq edilmişdir
Johnson & Johnson - 11 mart 2021-ci ildə təsdiq edilmişdir
Eyni zamanda, daha dörd peyvənd tədqiq edilir:
Sputnik V (Rusiya)
Sinovac (Çin)
Sanofi Pasteur (Fransa)
Valneva (Fransa)
Rusiya peyvəndi ilə bağlı qərarın 2022-ci ilin yanvarından tez veriləcəyi gözlənilir. Turizm üçün peyvəndin təsdiqlənməsi o deməkdir ki, geniş spektrli dərmanlarla peyvənd olunmuş səyahətçilər "bloka düşməyəcək".