Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 23:48
Kalsium sümükləri, dişləri və birləşdirici toxumaları möhkəmləndirən, əzələlərin aktiv hərəkətini və ürək fəaliyyətini tənzimləyən vacib mikroelementlərdən biridir. Sağlam və yetişmiş insanın orqanizmində mövcud kalsiumun ümumi miqdarının təxminən 99 faizi əsasən diş və sümüklərdə cəmlənir, qalan 1 faizi əsasən qan və digər toxumalarda saxlanır. Qanda kalsium səviyyəsi orqanizm tərəfindən tənzimlənir.
Sonxeber.net bildirir ki, Bakıdakı 6 nömrəli poliklinikanın terapiya şöbəsinin müdiri Gülsarə Sadıqovanın AZƏRTAC-a verdiyi məlumata görə, kalsium elementi bədəndə 20-25 yaşa kimi toplanır, yaşa dolduqda isə onun miqdarı azalır, nəticədə kalsium çatışmazlığı yaranır: "18 yaşına qədər olanlara 1200 qrama qədər, həmin yaşdan yuxarı olanlara 1200 qram kalsium qəbul edilməsi tövsiyə olunur. Kalsium çatışmazlığını aradan qaldırmaq üçün ən çox tövsiyə olunan qidalar ağartı məhsulları - qatıq, pendir, süd, yaşıl yarpaqlı tərəvəzlər- kahı, ispanaq, sarımsaq, badam, küncüt və s. kimi taxıllar və paxlalılar sinfinə aid olan, həmçinin, dəniz və balıq məhsullarıdır. Kalsium mübadiləsi pozulduqda orqanizmdə onun səviyyəsi həm azala, həm də arta bilər. Kalsium qandakı miqdar çox düşərsə, iştahsızlıq və qidalanma pozuntusu kimi problemlər yarana bilər: "Onun azalması sümüklərdə ciddi şəkildə narahatlığa səbəb olur. Uşaqların kalsiumla qidalanması gələcəkdə onların sümük problemlərinin olmaması üçün daha əhəmiyyətlidir. Kalsium çatışmazlığı osteoparaza, yəni sümük əriməsinə səbəb olur və bu, özünü yuxusuzluq, halsızlıq və taqətsizlik kimi hallarla büruzə verir".
Orqanizmdə kalsiuma olan tələbatı ödəmək üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Bəzi qidalar onun miqdarını azalda bilər. Bır sıra meyvələrin tərkibində elə turşular var ki, kalsiumla birləşdiyi zaman bədəndə süzgəcdən keçə bilməyən duzlar formalaşdıra bilər.
Bundan başqa qida rasionunda normadan artıq liflə zəngin qidalara üstünlük veriləndə kalsiumun orqanizmdə sorulmasına mane olur. Yaşıl yarpaqlı tərəvəzlər və taxılın tərkibindəki bəzi turşular kalsiumun sorulmasına mane olur. Adətən vegeterianlar da həmin elementi mənimsəyə bilmirlər.