Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Tarix: 25 Dekabr 2021 00:06

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən həmin məktubları təqdim edir:

"SAFMAR qrupu" Səhmdar Cəmiyyətinin prezidenti, Direktorlar Şurasının sədri Mixail Qutseriyevdən:

"Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Xarakter möhkəmliyiniz, öz qüvvənizə inamınız və doğma Vətəninizə səmimi sevginiz Sizə ölkənizin vətəndaşlarına xidmət etmək kimi nəcib işinizdə heyrətamiz nailiyyətlər əldə etməyə kömək edir.

Azərbaycanın qlobal siyasətdə və iqtisadiyyatda artan nüfuzu, respublikanın mədəniyyət, idman və turizm sahələrində qazandığı nailiyyətlər bütün dünyada Sizin adınızla bağlıdır.

Əminəm ki, bu gün Siz dünya liderlərindən, işgüzar dairələrin tanınmış nümayəndələrindən, görkəmli ictimai xadimlərdən, dostlarınızdan və yaxınlarınızdan xoş sözlər eşidirsiniz. Mən də səmimi qəlbdən bu təbriklərə qoşularaq Sizə cansağlığı, Azərbaycan xalqının həqiqi lideri kimi yeni nailiyyətlərə doğru addımlarınızda tükənməz enerji və yüksək ruh, yaxınlarınızla birlikdə səadət və firavanlıq arzulayıram".

***

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən:

"Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə GUAM Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu yubiley müstəqil Azərbaycanın yeni və uğurlu tarixi ilə sıx bağlı olan həyatınızda əlamətdar hadisədir. Bu yubiley həm də Sizin milli dövlət quruculuğu və dövlətin inkişafı istiqamətində uzun illər davam edən gərgin, fədakar və yorulmaz fəaliyyətinizi bir daha əks etdirir. Həmçinin son onilliklərdə ölkənin mövqeyinin, nüfuzunun və rolunun müasir dünyada daha da yüksəlməsinə təkan verən əlamətdar hadisələri və tarixi nailiyyətləri özündə birləşdirir və əks etdirir.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişaf sahəsində və beynəlxalq məsələlərdə yeni nailiyyətlər əldə edib. Dinamik iqtisadiyyatı, güclü və müasir ordusu, fəal, sülhsevər və konstruktiv xarici siyasəti ilə Azərbaycan geostrateji əhəmiyyəti getdikcə artan regionda əsas və nüfuzlu aktora çevrilərək Şərqlə Qərb arasında yeni yaranmaqda olan enerji və kommunikasiya sistemlərində mühüm rol oynayır. Azərbaycan beynəlxalq arenada fəal və məsuliyyətli aktor, həm də sülh, dialoq və qarşılıqlı anlaşmanın carçısı, bir çox qlobal layihələrin tərəfdarı və bu layihələrə töhfə verən ölkə kimi tanınır.

2020-ci ildə Sizin komandanlığınızla Azərbaycanın şanlı Silahlı Qüvvələrinin öz tarixi torpaqlarını işğaldan azad etməsi ilə nəticələnən Vətən müharibəsində qazandığı Zəfər nailiyyətlərinizin kulminasiya nöqtəsi oldu. Bu isə ölkənizin tarixində yeni səhifə açdı, xalqın milli ləyaqətini və inamını özünə qaytardı, həmçinin milli ideya ətrafında daha da möhkəmlənərək onun tarixi əzəmətini bərpa etməyə zəmin yaratdı.

Bu nailiyyətlər əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Vətən naminə fədakar xidmətinizlə davam etdirilən konsepsiya və strategiyanın uğurla həyata keçirilməsinin nəticəsidir.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, yubileyiniz və əldə etdiyiniz nailiyyətlər münasibətilə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, güc və enerji, milli lider və Ali Baş Komandan kimi xalqın və ölkənin tərəqqisi və rifahı naminə tarixi missiyanızda yeni-yeni böyük nailiyyətlər diləyirəm".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ