Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görün duz ürəyimizi nə hala salır!

Görün duz ürəyimizi nə hala salır!

Tarix: 25 Dekabr 2021 08:33

Harvard Universiteti (ABŞ) alimləri sübut ediblər ki, gün ərzində 2 çay qaşığı duzun istehlakı ürəyin sağlamlığına ciddi ziyan vurur.

The Daily Mail xəbər verir ki, alimlərin müşahidələrinə görə, insanların əksəriyyəti gün ərzində bundan daha çox duz istehlak edir.

Belə ki, sübut olunub ki, duzun həddindən artıq istehlakı ürək kameralarının böyüməsinə gətirib çıxardır. Bu isə ürək ciddi yükləmələrlə işlədikdə mümkündür. Duz orqanizmdə artıq mayeni saxlayır ki, bu da arterial təzyiqin yüksəlməsinə səbəb olur. Nəticədə ürəyə düşən gərginlik artır və bu gərginliklərin təsirindən ürək böyüməyə başlayır.

Ürəyin böyüməsi ürəkdə durğunluq proseslərinə və ürək çatışmazlığına səbəb olur.

Ürəyin böyüməsi tez yorulma, təngnəfəslik (hətta sakit vəziyyətdə), ürək nahiyəsində ağrılar, ayaq ödemləri kimi simptomlarla özünü büruzə verir.

Alimlər duzun istehlakını azaltmağı, duzla olduqca zəngin olan hazır qidalardan (fast-fud, kolbasa-sosis və s.) imtina etməyi tövsiyə edirlər.


Etiketlər:  Görün ürəyimizi hala salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ