Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 15:35
Əməkdar artist Elza Seyidcahan "Onun sirri" verilişində qonaq olub.
Sonxeber.net Metbuat.az-a istinadən xəbər verir ki, sənətçi proqramda uşaqlıq və gənclik illəri ilə bağlı etiraflar edib.
"Atam pul yollamırdı, anam süd alıb bişirirdi, ondan qatıq çalırdı. Anam bir dəfə dedi ki, bu qatıqları apar filankes xalaya ver. Balaca uşaq idim, yolda məndən 2-3 yaş böyük oğlanlar soruşdular nə aparırsan? Açıb qatığın üzünü yedilər. Ağlaya-ağlaya gəldim evə ki, anama nə deyəcəm. Baş verənləri danışdım, anam da qoşuldu mənimlə ağladı. Qatıq satmışıq, konservatoriyada oxuyanda anamın sifarişləri olurdu. Şəkərbura, qoğal, çudu bişiriridik. Gecə 3-ə qədər mahnı bəstələyirdim, səhər 6-da durub çuduları bükürdüm. Arzu edirəm ki, daha çox qatıq satım. Elə bir heyvandarlığım olsun ki, qatıqları çalım və özüm satım", - deyə E.Seyidcahan bildirib.