Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkələrdə koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib

Bu ölkələrdə koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib

Tarix: 27 Dekabr 2021 21:52

Şotlandiya, Uels və Şimali İrlandiyada koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məhdudiyyətləri bərpa edən üç ölkənin hər biri fərqli qaydaların tətbiqinə başlayıb.

Şotlandiyada qəbul edilən qərarlara əsasən qapalı məkanlarda keçirilən tədbirlərdə 100 nəfər ayaq üstə və ya 200 nəfər oturmaqla məhdudlaşacaq. Açıq hava tədbirlərində isə 500 nəfərin qatılmasına icazə veriləcək. Restoranlar, teatrlar, kinoteatrlar və idman zallarında toplanan insan qrupları arasında bir metr məsafə sistemi yenidən tətbiq olunacaq.

Uelsdə qəbul edilən qərarlara əsasən 6 nəfərdən çox insanın bir yerdə görüşməsinə qadağa qoyulub. Açıq hava tədbirləri 50 nəfərlə məhdudlaşır və fərdi evlər də daxil olmaqla qapalı məkanlarda keçirilən tədbirlər üçün maksimum 30 nəfərə icazə verilir. Ofislərdə və ictimai yerlərdə iki metrlik sosial məsafə qaydalarına riayət etmək tələb olunur.

Şimali İrlandiyada tətbiq edilən qərarlara əsasən dekabrın 27-dən etibarən kafe və restoranların fəaliyyəti dayandırılacaq, altı nəfərdən çox şəxsin bir yerdə olmasına icazə verilməyəcək.

Milli.Az


Etiketlər:  Bu ölkələrdə koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə minib


RƏYLƏR