Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvarda xanım sürücü qəza törətdi: 3 nəfər öldü, 3 nəfər yaralandı

Biləsuvarda xanım sürücü qəza törətdi: 3 nəfər öldü, 3 nəfər yaralandı

Tarix: 31 Avqust 2019 09:34

Bakı. Samir Əli - Trend:

Biləsuvarda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Fərhadzadə Sədaqət Babalı qızı "Hyundai" markalı avtomobildə idarəetməni itirib, yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində avtomobildə olan sərnişinlər, 2006-cı il təvəllüdlü Fərhadzadə Səfər Fərəc oğlu, 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu və Günel Hüseynova hadisə yerində dünyasını dəyişib. Sürücü S.Fərhadzadə və digər iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Biləsuvarda xanım sürücü qəza törətdi nəfər öldü nəfər yaralandı


RƏYLƏR