Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 12:14
ABŞ-ın Missuri ştatından olan 32 yaşlı Brittani Uilson dekabrın 24-də Milad ərəfəsində sevgilisini qılıncla öldürməkdə ittiham olunub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Brittani polislə əlaqə saxlayaraq sevgilisi, 34 yaşlı Harrison Stephen Fosteri öldürdüyünü etiraf edib. Hüquq mühafizəçilər gəldikdə onu yaşadığı evin qarşısında üst-başı qan içinə tapıblar, həmçinin həyətdə qılınc aşkarlanıb.
Polis evə daxil olduqda bir neçə yerindən qılınc yarası alan gəncin meyitini aşkarlayıblar.
Qadının sözlərinə görə qətl günü o, sevgilisi ilə metamfetamin qəbul edib. O, həmçinin Fosterin bədənində bir neçə varlğın yaşadığına inandığını və buna görə də onu qılıncla azad etmək istədiyini deyib.
Birinci dərəcəli qətldə ittiham edilən Uilsona qarşı cinayət işi açılıb.