Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 15:42
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vasif Eyvazzadə işdən çıxıb.
Sonxeber.net xəbər verir ki, bu barədə məlumatı özü yayıb.
V.Eyvazzadə fəaliyyətini digər istiqamətlərdə fərqli statusda davam etdirəcəyini açıqlayıb:
"Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının rəhbəri olaraq komandamızla birlikdə ölkəmizdə yaradıcılıq, innovasiya və texnologiyaların uzlaşdığı bir sahənin-yaradıcı sənayelərin real inkişafına, həmçinin ölkəmizin yumşaq güc siyasətinin beynəlxalq müstəvidə həyata keçməsinə müxtəlif platformalar vasitəsilə dəstək olmağa davam edəcəyik".
Qeyd edək ki, o bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi.