Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Səbail” daha bir legionerini göndərdi

“Səbail” daha bir legionerini göndərdi

Tarix: 31 Avqust 2019 13:40

“Səbail” daha bir legioneri ilə müqaviləsini pozub.

Qol.az xəbər verir ki, Premyer Liqamızın son bürünc medalçısı qapıçısı Daniel Bojinovski ilə müqaviləni qarşılıqlı razılıqla ləğv edib. Futbolçuya azad agent statusu verilib. “Səbail” Danielə gələcək karyerasında uğurlar arzulayıb.
 
Məlumatı klubun rəsmi Feysbuk səhifəsi yayıb.

30 yaşlı Bojinovski bu yay keçdiyi Bakı klubunun heyətində Avropa Liqası matçlarında çıxış edib. İlk turda ehtiyatda qalan Danielə Premyer Liqamızda debüt etmək nəsib olmadı.
 
Xatırladaq ki, “Səbail” Avropa Liqasında çıxışını başa vurduqdan sonra “Zirə”dən gələn fransalı yarımmüdafiəçiləri - Dilan Duventru və Bilal Həmdiylə müqavilələrini qarşılıqlı razılıqla pozmuşdu.

 


Etiketlər:  Səbail daha bir legionerini göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ