Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 23:00
Sinə və boyun nahiyəsində ağrı, nəfəs darlığı və baş gicəllənməsi kimi infarktın bəzi məlum əlamətləri vardır.
Sonxeber.net xəbər verir ki, uzman kardioloq Zəkəriyə Nurqələm infarktın ürəkbulanma ilə əlaqəsindən danışıb.
Bəzən mədə şikayətləri də ola bilər. Mədədə ağrılar başlanğıcda kəskin və qeyri-müntəzəm olur. Adətən qarının yuxarı nahiyəsində olur.
Zaman keçdikcə ağrı daha güclü və davamlı olur. Ürək sağlamlığının pis olduğunu göstərən mədə ağrısı adətən mədənin yuxarı sol tərəfində hiss olunur.
Ürəyin damarlarının tıxanması qarın nahiyəsində parasimpatik sinir təsirlərinə səbəb olur və həzm sistemi problemlərinə gətirir. Ürək bulanması ilə yanaşı, mədə turşuluğunun artması səbəbindən həzmsizlik, yanma, ürək yanması və mədədə qaz yaranması artır.
Bundan əlavə, bəzi ağır infarktlar mədə-bağırsaq sisteminin qidalanmasını pozaraq həzm pozğunluğuna səbəb olur.
Xəstə yeməyi həzm edə bilmir və həzm zamanı istifadə olunan daha çox turşu ifraz olunur. Mədədə həddindən artıq turşunun olması mədə divarlarında eroziyaya səbəb olur və bu, ürək bulanmasına gətirir.
Problemə vaxtında diqqət yetirilməzsə, xora əmələ gəlməsinə səbəb olur. Əslində burada əsas problem ürəyin qidalanmaması və stress hormonlarının artmasıdır. /medicina.az