Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb

Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb

Tarix: 31 Avqust 2019 19:52

Bakı. Trend:

Tunisin müvəqqəti prezidenti Məhəmməd əl-Nasir avqustun 30-da ölkə daxilində fövqəladə vəziyyət rejiminin 31 dekabr 2019-cu ilədək uzadılmasını nəzərdə tutan fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə "Business News" informasiya portalı bildirib.

Bildirilir ki, Tunisdə fövqəladə vəziyyət 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində, daxili işlər və turizm nazirliklərinin binaları yaxınlığında terror aktı törədildiyi zaman tətbiq edilib. Prezident mühafizəçiləri olan bir avtobusa intiharçı hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ