Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 11:40
2021-ci ildə dünyada sonuncu qolu vuran futbolçu bəlli olub.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu, Tanzaniyanın "Yanq Afrikans" klubunda çıxış edən Xalid Auçodur.
29 yaşlı uqandalı hücumçu dekabrın 31-də "Dodoma Jiji"ni 4:0 hesabı ilə məğlub etdikləri Tanzaniya çempionatının XI tur oyununda fərqlənib. O, 81-ci dəqiqədə 4-cü qolu rəqib qapısından keçirib.
2022-ci ildəki ilk qolu isə çinli Duan Liuyu vurub. "Şandun Tayşanda" oynayan 24 yaşlı yarımmüdafiəçi yanvarın 1-də Superliqanın XXI turunda "Şanxay Port"la qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açıb. Matç 2:2 hesabı ilə bitib.