Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 18:50
Harri Poter kimi məşhurlaşan ingilis aktyoru Daniel Radklif həyatında yaşadığı ilklərdən danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 32 yaşlı aktyor "Harri Potter və sehrbazın daşı" filminin ekranlara çıxmasının 20-ci ildönümünə həsr olunmuş xüsusi buraxılışda gizli sevgisindən söhbət açıb. Daniel eyni ekran işində həmkarı, 55 yaşlı Helena Bonem Karterə sevgi hisləri bəslədiyini etiraf edib. O, Helenlə qonaq olduğu şouda ona həsr etdiyi ilk sevgi məktubunu səsləndirib:
"Hörmətli, HBK (Helena Bonem Karter - red.)! Çəkiliş meydançasında tərəf müqabiliniz olmaqdan və dəstəyinizi almaqdan xoşbəxtəm. O mənada ki, çox vaxt hər şey sənin qəhvəni tutmağımla bitirdi. Səni sevirəm. Kaş on il öncə dünyaya gələrdim ki, şansım olsun. Böyük sevgi ilə. Bu qədər yaxşı olduğu üçün sənə təşəkkür edirəm".
Daniel həyatının hər bir hissəsinin canlandırdığı "Harri Poter" ilə bağlı olduğunu əlavə edib: İlk öpüşüm, sevgim, qızım və digər hər şey.
Qeyd edək ki, Helena sözügedən layihədə Bellatrisa Lestreync obrazını canlandırıb.