Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 22:12
Fiqhi hökmlərdəki ixtilaf, Peyğəmbər (sallallahu aleyhi və səlləm) zamanında yavaş-yavaş ortaya çıxmağa başlayan "əhkamda ictihad" faktından qaynaqlanmaqdadır. O vaxtda ictihadın çox yayılmış olmaması, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə enməkdə olan vəhyin, insanları ictihaddan zəngin qılması idi.
Allah rəsulu (sallallahu aleyhi və səlləm) vəfat etdikdən sonra Səhabələrin (Allah hamısından razı olsun) fərqli mərkəzlərə dağılmaları ilə, ictihad dairəsi də genişləməyə başladı.
Vəhyin kəsilməsi və səhabələrin fərqli yerlərə yayılmaları ilə, şəri hökmlərdə ixtilaf çərçivəsinin genişlənməsi, təbii haldır. Çünki fiqhi ixtilaf faktı 2 əsasa dayanır:
1. Şəri nassların fərqli anlaşılmağa ehtimallı quruluşu;
2. Anlayış və dəyərləndirmə tərzlərinin fərqliliyi.
Allah Taalanın şəri məsələlərdə hikməti, Quran və sünnət nasslarının çoxunun birdən artıq şəkildə anlaşılmağa ehtimallı olmasını gərəkdirmişdir. Quran, açıq ərəb dili ilə enmişdir və ərəb dilində ləfzlərin ehtimallı strukturu, hər kəs tərəfindən bilinən və iqrar edilən bir xüsusdur ki, ərəb dili, bu quruluşu ilə, digər dillərdən ayrılır.
Eynilə bunun kimi Allah Taala'nın yaratmasındakı hikmət də, insanların ağıl və idrak baxımından fərqli-fərqli olmasını gərəkdirmişdir. Bu sayədə, varlıq kamillik qazanır, insanların elm və ağıl cəhətdən bir birilərindən ayrılması və yarışması mümkün olur.
Ağıl sahibi heç kimsə, bu 2 əsas həqiqətin qaçılmaz olaraq görüş və hökmdə ixtilafa yol açacağından və bunun qəti və açıq bir nəticə olaraq ortaya çıxacağından şübhə etməz.
İndi bu açıq riyazi tənliyə baxaq:
1. Ehtimallı nasslar + Fərqli anlayış tərzləri = İxtilaf
2. Qəti nasslar + Bir tək anlayış tərzi = Tək görüş
Məzhəb və görüşləri birləşdirməyə çalışmaq fikri, möhtəmələn bu 2 əsas və bu 2 açıq həqiqətdən qafil olma halının doğurduğu bir nəticədir.
Görünüşdə -nəfslərə xoş gələn- "vəhdət/birlik" və "tək görüş ətrafında birləşmə və ittifaq" adına hərəkət edilir olması da, bu fikrin, bəzi qruplar tərəfindən mənimsənməsini mümkün qılmaqdadır.
Allah Taala'nın məxluqatda cari qıldığı hikməti, bu insanlar görə bilmirlər. Allah Taala istəsəydi, bütün insanları, düşüncə və anlayışda bir tək ümmət qılar, Kitabı da icmal və ehtimala yer verməyən (bütünü ilə) mübəyyən (bəyan edilmiş) və müfəssər (təfsir edilmiş, açıqlanmış) bir tərzdə endirərdi!
Allah Taala, qullarının Özünə ibadət etdiyi bu dinin hökmləri mövzusunda, anlayış və görüşləri birləşdirməyi diləsə, bir yandan şəri naslların birdən çox məna verən ehtimallı quruluşunu dəyişdirər, digər tərəfdən də tək hökm üzərə ittifaq etsinlər diyə, insanların anlayış tərzlərini təkə endirərdi.