Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda zabiti döyməkdə şübhəli bilinən dörd əsgər saxlanılıb

Ermənistanda zabiti döyməkdə şübhəli bilinən dörd əsgər saxlanılıb

Tarix: 1 Sentyabr 2019 02:12

Bakı. Trend:

Hüquq mühafizəçiləri zabiti döyməkdə şübhəli bilinən dörd erməni əsgərini saxlayıblar.

Trend-in məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib.

N.Arutyunyanın sözlərinə görə, dörd məcburi hərbi qulluqçu "bir qrup şəxsin sağlamlığına yüngül və ya orta dərəcədə ziyan vurması ilə komandanlığa qarşı zorakı hərəkətlər etmə" maddəsi ilə hərəkətlər etməkdə şübhəli bilinərək tutulub.

Bildirilir ki, hərbçilərdən biri də "hərbçini təhqir etmə" maddəsi ilə cinayəti törətməkdə şübhəli bilinir. Maddələr üzrə ən yüksək sanksiya səkkiz il həbs cəzasını nəzərdə tutur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ermənistanda zabiti döyməkdə şübhəli bilinən dörd əsgər saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ