Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vergiödəyicisinin borcu olduqda hansı qadağalar tətbiq edilir?

Vergiödəyicisinin borcu olduqda hansı qadağalar tətbiq edilir?

Tarix: 3 Yanvar 2022 21:18

Vergi Məcəlləsinə əsasən, vergiödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanı hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergiödəyicisi olan fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər.

Milli.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzuya aydınlıq gətirən iqtisadçı Anar Bayramovun sözlərinə görə, kredit və digər borclar zamanı iddiaçı tərəf cavabdeh şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəmədən sənədin icra şöbəsinə getməsini gözləməlidir: "Amma vergi orqanlarının icra orqanlarına müraciət etmədən vergiödəyicisi olan şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə görə, məhkəmə xüsusi icraat qaydasında vergiödəyicisi olan şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxa bilər".

İqtisadçı, həmçinin qeyd edib ki, vergi orqanı məhkəməyə müraciət etmədən də vergiödəyicilərinin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə bilər.

Məsələn, vergi orqanının iddiasına əsasən, hüquqi şəxsin rəhbərinin 1000 manat borcu olduğuna görə məhkəmə xüsusi icraat qaydasında onun ölkədən çıxışını məhdudlaşdırıb. Vergiödəyicisi həmin borcu ödədikdən sonra artıq vergi orqanı məhkəməyə müraciət etmədən, məhkəmə həmin şəxsin ölkədən çıxışına məhdudiyyətin götürülməsi barədə qərar qəbul edə bilir.

Milli.Az


Etiketlər:  Vergiödəyicisinin borcu olduqda hansı qadağalar tətbiq edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ