Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci ərindən xəyanətə görə boşandığını açıqladı - VİDEO

İkinci ərindən xəyanətə görə boşandığını açıqladı - VİDEO

Tarix: 9 Yanvar 2022 10:35

"İkinci həyat yoldaşım, oğlum Ayazın atası dövlət işində çalışırdı. Hələ də onunla görüşürük, sağdır, 82 yaşı var. O, mənə xəyanət etdiyi üçün boşandıq. Mən də bağışlamadım".

Sonxeber.net OLAY-a istinadən yazır ki, bu sözləri "Elgizlə izlə" proqramında Əməkdar artist Kübra Əliyeva deyib. O bildirib ki, həyat yoldaşının xəyanətini ona həmin qadın söyləyib:

"Mənim yanıma gəlib hər şeyi danışdı. On dörd yaşımda hekayə yazmışdım, eynisini həyatda yaşadım.  Mən heç vaxt onun pulu sevmədim. Bu günə qədər kimsə deyə bilməz ki, Kübra xanım pula görə dostluq edib və sair. Sumqayıtdakı evimi çox qonşulu yerə dəyişdim. Öz əziyyətimlə düzəltdim, onun 1 qəpiyində də gözüm yox idi. Məndən sonra evləndi. Amma həmin xanımla yox. Mən o qadına çox yardım etdim. Həyatda ilk və son sevgim ikinci həyat yoldaşım olub. Məndən 10 yaş böyükdür. O  vaxt əmisi oğlanları ilə Gəncəyə atamın yanına gəlib, məni istədi. İnanın mən öz imkanlarıma dolanırdım, ondan heç nə istəmirdim".


Etiketlər:  İkinci ərindən xəyanətə görə boşandığını açıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ