Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti - AÇIQLAMA

Mingəçevirdə binadan yıxılan 2 yaşlı uşağın vəziyyəti - AÇIQLAMA

Tarix: 2 Sentyabr 2019 11:02

Bakı. Ceyhun Ələkbərov - Trend:

Mingəçevirdə yaşayış binasından yıxılan azyaşlı əməliyyat olunub.

Bu barədə Trend-ə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildiriblər. Binanın üçüncü mərtəbəsindən yıxılan şəhər sakini - 2017-ci il təvəllüdlü Rəcəbov Uğur İlkin oğlu öd kisəsinin əzilməsi, qaraciyərin və dalağın cırılması, 12 barmaq bağırsaq divarının partlaması xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılan kimi cərrahiyyə şöbəsinə alınaraq əməliyyat olunub. Xəstəxanadan qeyd edilib ki, hazırda uşağın vəziyyəti stabildir. O, reanimasiya şöbəsində aparata qoşulu vəziyyətdə müalicə alır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mingəçevirdə binadan yıxılan yaşlı uşağın vəziyyəti AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ