Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda 16, Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

Bakıda 16, Gəncədə 14 yaşlı yeniyetmə itkin düşüb

Tarix: 10 Yanvar 2022 10:56

Bakı və Gəncədə yeniyetmələr itkin düşüb.

Sonxeber.net-ın məlumatına görə, yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.

Bundan başqa, Gəncə şəhəri Nizami rayon ərazisində 2008-ci il təvəllüdlü Tuncay Quliyev oynamaq adı ilə yanvarın 3-də evdən çıxıb və geri qayıtmayıb.

Nizami rayon Polis İdarəsində araşdırmalara başlanılıb.


Etiketlər:  Bakıda Gəncədə yaşlı yeniyetmə itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ