Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu gün hücum əmri verilə bilər: 100 min hərbçi hazırdır - Kritik saatlar...

Bu gün hücum əmri verilə bilər: 100 min hərbçi hazırdır - Kritik saatlar...

Tarix: 10 Yanvar 2022 13:18

2022-ci ilin ən gərgin həftələrindən birinin bu həftə olacağı proqnozlaşdırılır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu gün İsveçrədə ABŞ və Rusiyanın yüksək rütbəli diplomatları bir araya gələcək. "France-Presse" agentliyinin məlumatına görə, görüş zamanı prezident Vladimir Putinin tələb etdiyi "təhlükəsizlik zəmanəti" məsələsi və Ukrayna ətrafındakı vəziyyət müzakirə ediləcək. Bildirilir ki, danışıqların nəticəsindən asılı olaraq, Putinin Ukraynaya müdaxilə əmrini verib-verməyəcəyi dəqiqləşəcək.

Məlumata görə, diplomatlar şam yeməyində artıq bir araya gəliblər. Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov danışıqlardan ümidli olduğunu ifadə edib. Görüşdən əvvəl açıqlama verən ABŞ-ın Dövlət katibi Antoni Blinken isə bildirib ki, Rusiya Ukraynanın başına sərhəddə 100 min hərbçi ilə silah dayadığına görə, nəticə əldə etmək çox çətindir.

Milli.Az


Etiketlər:  gün hücum əmri verilə bilər hərbçi hazırdır Kritik saatlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ