Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2022 18:14
Şəkidə bir sıra çörək istehsalı və satışı müəsisələrində çörəyin qiyməti müvafiq qaydada artırılsa da, şəhər sakinləri "Halal Çörək" sexində süni qiymət artımının olduğu ilə bağlı Xəzər Televiziyasına müraciət ediblər. Əməkdaşlarımız həmin çörək istehsalı müəsisəsində olub və iddiaları yerində araşdırıblar.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Şəki rayonunda 20 yanvar küçəsində yerləşən Malik Abdurəhmanovun rəhbərlik etdiyi "Halal Çörək "sexində əsasən 40,50 və 60 qəpiklik zavod çörəkləri istehsal edilir.40 qəpiklik çörəyin 60 ,50 qəpiklik çörəyin 80 , 60 qəpiklik çörəyin bir manata satılması isə rayon sakinlərinin narazılığına səbəb olub.
Sexinin icraçı rəhbəri Rövşən Nürəddinov qiymətlərin bu şəkildə artımını unun qiyməti ilə yanaşı çörək istehsalına sərf olunan yumurta və sairənin qiymətinin artması ilə əlaqələndirir. Onun dediyinə görə hazırda sexdə sadəcə çəkisi 510--520 qr olan çörək istehsal olunur. O da 60 qəpiyə satılır.
Şəkidə digər çörək istehsal və satış məntəqələrində isə çəkisi 510-530 qram olan çörək 55 qəpikdir.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 500 qramlıq ənənəvi-dairəvi çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qramlıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik təşkil edir.