Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2022 08:26
Avropa Parlamentinin prezidenti David Sassoli vəfat edib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, o, İtaliyada 66 yaşında dünyasını dəyişib. David Sassolinin mətbuat katibi xəbəri təsdiqləyib. İlkin məlumata görə, Avropa Parlamenti rəhbərinin ölümünə immun sistemi pozğunluğu səbəb olub.
Qeyd edək ki, o, ötən ilin sentyabrında pnevmaniya səbəbindən Strasburqda xəstəxanaya yerləşdirilmişdi. Həkimlər David Sassolinin vəziyyətini normal qiymətləndirdilər. Müayinə nəticəsində ona pnevmaniya diaqnozu qoyulmuşdu, sonra müvafiq müalicə keçirilmişdi. Sassoli Avropa Parlamentinin plenar sessiyası zamanı xəstəxanaya aparılmışdı.