Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanye Uest azərbaycanlı milyarderlə iş birliyinə başlayır

Kanye Uest azərbaycanlı milyarderlə iş birliyinə başlayır

Tarix: 12 Yanvar 2022 11:10

Dünyaca məşhur repçi Kanye Uest Rusiyada Ağalarovlarla əməkdaşlıq etmək niyyətindədir. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə "Billboard" nəşri xəbər yayıb. Qeyd olunub ki, sənətçi bu il Moskvaya getməyi və Rusiyada biznesini genişləndirməyi planlaşdırır. 

Reperin "Crocus Group"un sahibi Araz Ağalarovla müqavilə bağlamağa hazırlaşdığı isə dəqiqləşib.

Bundan əlavə, o, Xalq artisti Emin Ağalarovla musiqi işbirliyi həyata keçirmək istəyir.

Kanye Araz Ağalarovla yeni biznes sövdələşmələri üzərində işləyir və onun fikrincə, bu əməkdaşlıq sərvətini 10 milyard dollardan çox artıracaq.

Milli.Az


Etiketlər:  Kanye Uest azərbaycanlı milyarderlə birliyinə başlayır


RƏYLƏR