Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin: ''Çətin vəziyyətdəyik”

Putin: ''Çətin vəziyyətdəyik”

Tarix: 12 Yanvar 2022 17:48

"Dünyadakı durumu və yeni "Omikron" ştamının sürətlə yayılmasını izləyirəm. Bu gün, sözsüz ki, çətin vəziyyətdəyik".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Rusiya yeni koronavirus alovlanmalarının ortaya çıxması ərəfəsindədir. Yeni il tətilləri ölkədəki epidemioloji vəziyyətə təsir etməyə bilməzdi", - o vurğulayıb.

Rusiya hökumət sədrinin müavini Tatyana Qolikova da ölkədə "Omikron" ştamına yoluxmanın ilin sonundan başladığını və bunun COVID-19-un yayılmasını sürətləndirdiyini bildirib: "Hədəfimiz virusun yayılmasının qarşısının alınması istiqamətində lazımi işləri görməkdir".

Qeyd edək ki, V.Putin bu gün hökumət üzvləri ilə birlikdə videokonfrans formatında iclas keçirib.


Etiketlər:  Putin Çətin vəziyyətdəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ