Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Artıq seriallara çəkilməyəcəyini açıqladı

Artıq seriallara çəkilməyəcəyini açıqladı

Tarix: 18 Yanvar 2022 18:48

Sonuncu dəfə "Acıların qadını" kimi tanınan mərhum türkiyəli müğənni Bergenin həyatından bəhs edən filmdə baş rolu canlandıran Farah Zeynep Abdullahın sonuncu paylaşımı maraq oyadıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bundan sonra televiziya layihələrində yer almayacağını bildirib.

O, sosial media hesabında "Gələcək mövsüm sizi ekranda görə biləcəyik? Sizi hansısa serialda uzun müddət görmək istəyirik" sualını cavablandırıb. Aktrisa "Olmayacağam. Mən artıq hər həftə 3 saatlıq bir bölümün içində olmaq istəmirəm, bacarmıram" - deyə, yazıb.

Qeyd edək ki, "Masumlar apartmanı" serialında yalnız bir mövsüm çəkilməyə razılıq verən Farah layihədən ayrıldıqdan sonra tənqid olunmuşdu.

Milli.Az


Etiketlər:  Artıq seriallara çəkilməyəcəyini açıqladı


RƏYLƏR